HAQQIMIZDA

Quran əxlaqının bütün insanlar arasında yayılması üçün səy göstərmək iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah Quranın "Sizdən; xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir birlik olsun. Qurtulacaq olanlar bunlardır." (Ali-İmran surəsi, 104) ayəsiylə bu məsuliyyəti insanlara bildirmişdir. Bir başqa ayədə isə Allah bütün inananlara "…Artıq xeyirlərdə yarışın. Hamınızın dönüşü Allahadır…" (Maidə surəsi, 48) şəklində buyurmuşdur. Bu səbəblə hər insan əlindəki imkanlar ölçüsündə hər kəsi xeyirə çağırmağa, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

Bu nöqtədə Harun Yəhya əsərləri vicdan sahibi insanlar üçün böyük bir qaynaqdır. Heç bir ticari qayğı və maddi çıxar məqsədi güdmədən, yalnız Allah rizası üçün, böyük bir fədakarlıq ilə hazırlanmış bu əsərləri başqalarına tövsiyə etmək, bu əsərləri insanların satın almalarını, imkanı olmayanlarında satın ala bilməsələr belə internetdən oxumalarını təmin etmək də böyük bir xidmətdir. Bu şəkildə tək bir adam bütün tanıdıqlarını bu saytlara baxmağa yönəldə bilər. Onların hər biri də yenə eyni şəkildə yüzlərlə adamı təşviq etmiş olsa, Quran əxlaqı bu saytlar vəsiləsiylə çox qısa zamanda çox sayda insana çatmış olacaqdır.

Hər biri əhəmiyyətli bir dəstək mənasını verəcək olan bu işlər, əgər Allahın razılığı güdülərək edilsə, inşaAllah böyük mənəvi qazanclara da vəsilə olacaq. Çünki bir Quran ayəsində ifadə edildiyi kimi, "Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər…" (Nisa surəsi, 85)

Bu minvalla yola çıxaraq Azərbaycanlı bəzi gənclər 313 Veb Dizayn Studiyası qurmağa qərar verdi. Harun Yəhya saytlarını Azərbaycan dilinə tərcümə edərək yeni saytlar açmağı əsas hədəf halına gətirmişik. “Hər həftə yeni bir sayt” şüarı ilə qısa müddətdə Allahın icazəsi ilə bütün saytları Azərbaycan dilində hazırlayıb Azərbaycan dilindəki resursları artırmağı düşünürük.

“Bir işə səbəb olan, o işi etmiş kimidir” hədisinin də bildirdiyi kimi heç bir maddi məqsəd güdmədən sizlərdə əgər bizə bu yolda kömək etmək istəsəniz Əlaqə bölməsindən bizə yazabilərsiniz.

 

Xəbərlər
© 2012-2024 Copyright - DesignStudio313

Son işimiz